SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaxda İran vətəndaşına aid TIR yanıb.Bu barədə

BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə zamanı sürücü xəsarət almayıb. Görüntülərdə onun alovlanan nəqliyyat vasitəsinə çarəsizcə baxdığı kadrlar da əks olunub.

Yük avtomobili İran İslam Respublikası vətəndaşı Omara Ghaderbakhsh Nazarmohammad oğluna məxsus olub.

Hadisə yerinə yanğınsöndürən briqadası cəlb olunub.

BAKU.WS yanan TIR-ın görüntülərini təqdim edir:

BAKU.WS
VİDEO