SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "34 FF 6095" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yolda idarəetməni itirib və uçuruma yuvarlanaraq alovlanıb. Hadisə Adana şəhərində baş verib.

Qəzada 3 nəfər ölüb, 7-si uşaq olmaqla 18 nəfər yaralanıb.

Hadisə yerinə Adana Büyükşehir bələdiyyəsinin yanğınsöndürən briqadasının əməkdaşları, polislər və təcili yardım maşənları çağırılıb.

Yanan avtobus qısa müddətdə söndürülüb. 

BAKU.WS