SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanan VAZ-2107, “Opel”, “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunublar.

BAKU.WS
QALEREYA