SİZİN REKLAM BURADA!
055 213 76 73



İstanbulda ailəsiylə birlikdə yaşayan 39 yaşındakı əlil qadına ticarət mərkəzinin tualetində təcavüz edilib. 
 
BAKU.WS-in məlumatına görə, 12 il əvvəl əzələ xəstəliyinə tutularaq əlill arabasına məhkum olan qadın Facebook-da Erol (35 yaş) adlı şəxslə tanış olub. Evli və üç uşaq atası Erol əlill qadına həyat yoldaşından iki il əvvəl ayrıldığını söyləyib.
 
Əlill qadın Erolla ən son 24 sentyabr tarixində İstanbulda bir ticarət mərkəzində görüşüb. Erol əlill qadına cinsi əlaqəyə girməyi təklif edib. Təklifi rədd edən qadın tualetə gedib. İddiaya görə qadının arxasından gedən Erol tualetə girərək qapını kilidləyib və ona təcavüz edib.

Hadisə sonra qanaxmadan huşunu itirən qadın xəstəxanaya aparılıb. Daxili qanama riskinə görə əməliyyat olunan qadının həyatını həkimlər xilas edə bilib. Hadisədən sonra Erol adlı şəxs həbs olunub. 
 
Nazim Babayev
BAKU.WS