SİZİN REKLAM BURADA!
055 213 76 73


Füzuli rayon sakini Taleh Quliyev "BMW" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

BAKU.WS