SİZİN REKLAM BURADA!
055 213 76 73


Martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes"in sürücüsü isə bədən xəsarətləri alıb.

Martın 28-də saat 08:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 1997-ci il təvəllüdlü (kişi cinsli) 1 nəfər sol körpücük sümüyünün yerdəyişən sınığı, qasıq nahiyəsinin sıyrılmış yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralıya zəruri ilkin tibbi yardım göstərilib, müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

BAKU.WS
QALEREYA