SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Peterburqda avtoservis sahibi adı çəkilməyən və əslən azərbaycanlı olan şəhər sakininin avtomobilini əlindən alıb. Daha sonra isə avtomobilə görə pul tələb edib.

Bu barədə "Nevskienovosti” nəşrinə Peterburqun Krasnoselsk rayonu üzrə DİN idarəsindən bildiriblər.

Məlumata görə, yanvar ayının 25-də saat 01:37 radələrində polisə müraciət edən kişi, Peterburqun Kirov rayonunda olduğunu, pasportunun əlindən alındığını və "Mercedes” markalı avtomobilinin ondan digər şəxsin adına keçirilməsinin tələb olunduğunu bildirib.

Zərərçəkən öz adını açıqlamayıb, polis idarəsinə gələcəyini bildirib.

Bir neçə saat keçdikdən sonra polis bölməsinə əslən Azərbaycandan olan 1983-cü il təvəllüdlü şəxs gəlib. O, Narodnoe Opolçenie küçəsində yerləşən avtoservisin sahibi tərəfindən avtomobilinin əlindən alındığını və 1,2 milyon rubl tələb edildiyini bildirib.(oxu.az)