SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrdə yol-patrul xidməti inspektorları tərəfindən yük avtomobilinin sürücüsünə qarşı qeyri-etik hərəkətlərə yol verilməsini əks etdirən videogörüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) aparılan xidməti araşdırma başa çatıb.
 
BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, DYP avtomobilində olanlar polis baş serjantları Elvin Mövlamov və Firuddin İdrisovdur. Həmin əməkdaşlardan Firuddin İdrisov 2016-cı ilin dekabrında xidmətdə yol verdiyi digər nöqsanlara görə 13.12.2016-cı il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
 
Elvin Mövlamov isə özünün şəxsi mobil telefonu ilə qeydə aldığı videogörüntülərdəki faktlar təsdiqini tapdığına görə 24.01.2017-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
 
BAKU.WS