SİZİN REKLAM BURADA!
055 213 76 73


Xırdalanda bıçaqlanan ata və oğlunun vəziyyəti açıqlanıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, noyabrın 23-də saat 00:30 radələrində bıçaqlanma səbəbilə iki vətəndaş xəstəxanaya yerləşdirilib. Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib. 1967-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sağ budun orta 1/3-nin deşilmiş, kəsilmiş yarası, 1995-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sol kürək nahiyəsinin plevra boşluğunu dəlib keçən deşilmiş, kəsilmiş yara, pnevmotoraks diaqnozu qoyulub.

1967-ci il təvəllüdlü pasiyent ambulator müalicə üçün evə buraxılıb, 1995-ci il təvəllüdlü şəxs isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

***10:34

Xırdalan şəhərində ata və oğul bıçaqlanıb, saxlanılan var.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.

Araşdırma aparılır.

BAKU.WS