SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb.

"Report"un xəbərinə görə, bu gün səhər saatlarında başlayan yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əraziyə cəlb edilən 6 texnikası və canlı qüvvənin köməkliyi ilə yanğın tam məhdudlaşıdırılıb.

Qeyd edək ki, SOCAR-dan verilən məlumata görə yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb.
 
BAKU.WS