SİZİN REKLAM BURADA!
055 213 76 73


İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu vaxt o, idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar. Sonuncu noyabrın 12-də aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.

BAKU.WS