SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 kvadratmetr olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 kvadratmetr sahədə əriyib və sahəsi 600 kvadratmetr olan talvarın şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.
Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS