SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsinin inzibati binasındakı yanğın söndürülüb.

Report xəbər verir ki, hadisə nəticəsində 30 kv.m-lik ərazi yanıb.

Qeyd edək ki, yanğın inzibati binanın ikinci mərtəbəsində paltardəyişmə otağında başlayıb.

Hadisə zamanı mühafizəçi Xəqani Məmmədov tüstüdən zəhərlənib. Ona yerində ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

***20:33

Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər huşunu itirib, ona ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

BAKU.WS
QALEREYA