SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün sosial şəbəkələrdə Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulduğu iddia edilən səs yazısı ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.

Araşdırmalardan sonra DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov BAKU.WS-ə bildirib ki, səs yazısındakı iddialar tam əsassızdır:

"Həmin məktəbli və valideyni müəyyən edilib. Araşdırmalarla müəyyən edilib ki, səs yazısındakı iddialar tam əsassızdır. Məktəbli valideyn nəzarətində sorğulara cavabında bildirib ki, o məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görüb qorxub. Bununla yanaşı, müvafiq ekspertiza təyin olunub və ekspertiza rəyinə əsasən də onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb. Qeyd olunanları nəzərə alaraq iddiaları təkzib edirik".

*** 27.10.2023 15:22

Gəncə şəhərində məktəblərdən birində şagirdlərə "Patı" təklif edilir.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə səs yazısı yayılıb. Valideynlərdən biri iddia edib ki, kimliyi bəlli olmayan qadın Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərindən birinə konfet adı ilə patı təklif edib.

Uşaq etiraz etməsin deyə qadın ona alma, banan da vermək istəyib. Məktəbli bunu qəbul etmədikdə qadın arxadan onun boynundan tutaraq iynə ilə narkotik maddə vurub.

Sözügedən şagird Gəncə şəhər 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Təcili yardımla tibb müəssisəsinə gətirilən şagirdin vəziyyəti pis olub, təzyiqi və ürək döyüntüləri normadan çox yüksək olub. Həkimlər onun bədənin narkotik maddəyə uyğunlaşdığını və onda tələbat yarandığını bildiriblər.

Şikayətçinin sözlərinə görə, narkotik maddə məktəblərin bufetlərinə də paylanılır. Tələbat yaransın deyə uşaqların yeməyinə qatılır.

Məsələ isə bağlı Daxili İşlər Nazirliyi nin (DİN)  mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasimovla əlaqə saxladıq.

Eşqin Qasimov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu barədə araşdırma aparılır və əlavə məlumat veriləcək:

"İddialar araşdırma predmetidir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə əlavə məlumat veriləcək"

Zöhrə Pənah
BAKU.WS
VİDEO