SİZİN REKLAM BURADA!
055 213 76 73


"Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinasında müvafiq işarəvermə sistemi işə düşüb.

Bu barədə Bakı Metropolitenin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

“Qapıda hər hansısa problem olmadığı müəyyən olunduğu üçün maşinust yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb.

Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Əvəzinə qatar verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb”.

***18:50

Bakı metropoliteninin “Sahil” stansiyasında sıxlıq müşahidə olunur.

Oxu.Az-ın məlumatına görə, vətəndaşlar hazırda qatara minməkdə çətinlik çəkirlər.

Qeyd edək ki, mövcud vəziyyətdə sərnişin axınının çoxluğu stansiyada sıxlığa səbəb olur. Hazırda metronun “Sahil” stansiyasının giriş hissəsində də vətəndaş sıxlığı var.

BAKU.WS