SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qeyd olunan ərazidə işıqforların işləməməsinə səbəb işıqforlarda yaranan problem deyil, sadəcə həmin ərazidə elektrik kəsintisidir".

Bunu BAKU.WS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib:

"Qısa müdddət ərzində problem həll edilib. Artıq əraziyə elektrik verilib və işıqforların fəaliyyəti bərpa olunub. Sürücülər rahat və təhlükəsiz şəkildə yollarına davam edirlər".

***13:01

Bakıda mərkəzi yolların birində işıqforların fəaliyyətində problem yaranıb.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Məlumata görə, Nəsimi rayonunda Bülbül prospektindəki işıqforlar işləmir.

İşıqforların işləməməsi səbəbindən sürücülər yolu keçməkdə çətinlik çəkiblər. 

BAKU.WS
VİDEO