SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Babaşov Əhməd Tahir oğlunun nəşi dəfn edilməsi üçün Biləsuvar rayonunun Bağbanlar kəndinə gətirilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hazırda şəhidlə doğulduğu evdə vida mərasimi keçirilir. Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhidin nəşi kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ə.Babaşov 1974-cü il noyabrın 1-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Ə.Babaşova məxsus olduğu təsdiqlənib.

BAKU.WS
QALEREYA