SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə evə ildırım düşüb, yanğın baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Bununla yanaşı, park ərazisinə də ildırım düşüb. Nəticədə parkda olan şəxslərdən biri şok keçirib. O, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Yanğın dərhal söndürülərək genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS