SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyan rayonunda yeni doğulmuş körpə yol kənarına atılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və körpə xəstəxanaya təhvil verilib.

Uşaq xəstəxanada dərhal həkim nəzarətinə götürülüb.

Qeyd edilir ki, uşaq müalicə aldıqdan sonra aidiyyəti üzrə təhvil veriləcək.

BAKU.WS
VİDEO