SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini işdən azad olunub.
BAKU.WS xəbər verir ki, bu barədə “Nuhçıxan” İnformasiya Agentliyi məlumat yayıb. Bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının 1-ci müavini Heydər Həsən oğlu Əliyev işdən çıxarılıb. Artıq bu vəzifəyə yeni təyinat da olub. Belə ki, icra başçısının digər sərəncamı ilə Emin Nurəddin oğlu Məmmədxanlı müavin vəzifəsinə təyin olunub.
BAKU.WS