SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə 90 yaşlı kişi intihar edib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bideyiz kəndində baş verib.

1933-cü il təvəllüdlü İsgəndərov Aman Zəkəriyyə oğlu yaşadığı evdə çarpayıya od vurub, özü isə kənarda oturub. Nəticədə tüstüdən boğularaq ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS