Gəncədə qanunsuz tikililər sökülüb
Gəncə şəhərinin Tereşkova küçəsi və Məhsəti qəsəbəsi ərazilərində qanunsuz tikililər sökülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazilərdə qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
Qalereya
Oxşar xəbərlər
6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar
Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Bu barədə BAKU.WS-ə...