SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabadda intihara cəhd hadisəsi olub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl gecə saat 2 radələrində Cavad kəndində baş verib.

Ad və soyadı bilinməyən şəxs burada Kür çayının üzərindəki körpüyə çıxaraq özünü çaya atıb. Hadisə şahidlərinin bildirdiyinə görə, bu zaman ətrafda heç kim olmasa da, xidmətdə olan polis əməkdaşları uzaqdan qaraltını seziblər və dərhal köməyə gəliblər.

Həyati təhlükə qarşısında olan adamın huşsuz vəziyyətdə olduğunu görən polis əməkdaşları onu sudan çıxararaq ilk yardım göstəriblər.

Daha sonra isə o, polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

BAKU.WS