SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi və Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində qeydə alınıb.

Yolda nasaz avtomobillərin qalması səbəbindən sıxlıq yaranıb. Sıxlıq metronun “20 Yanvar” stansiyası istiqamətində yaşanır.Bununla yanaşı, Heydər Əliyev prospekti, "Excelsior" hotelin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən də mərkəz istiqamətində sıxlıq var."Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub", - məlumatda qeyd olunub.

BAKU.WS
QALEREYA