SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöldə sel nəticəsində evləri su basıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Göygöl rayonunun Ordubadi, Şəhriyar, Qaçaq Nəbi və Mirzə İbrahimov küçələrində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

BAKU.WS
VİDEO

QALEREYA