SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dənizdə batan həmin şəxs Türkiyə vətandaşı iş adamı Süleyman Filizdir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə əsasən, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) olub.

***18:50

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***16:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

BAKU.WS
VİDEO

QALEREYA