SİZİN REKLAM BURADA!
055 213 76 73


“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb.

BAKU.WS xəbər verir ki, hadisənin baş vermə anı təhlükəsizlik kamerasına düşüb.

Qeyd edək ki, bu gün saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 1993-cü il təvəllüdlü Nicat Nafis oğlu​ Şakirli idarə etdiyi “Porsche” markalı​ 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobili qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi​ “Scania” markalı yük avtomobilinə vurub.

Qəza nəticəsində Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü ​ Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qəza nəticəsində zərərçəkmiş şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Görüntüləri olduğu kimi təqdim edirik:

BAKU.WS
VİDEO