SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin zirzəmisində 50 m² sahədə əşyalar, 1 otağın yanar konstruksiyaları 20 m² sahədə və ev əşyaları, digər otaqda 1 ədəd mebel dəsti, 1 ədəd pəncərə çərçivəsi yanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən evin zirzəmisindən həcmi 30 və 50 litr olan 2 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Yevlax şəhərinin Kövər kəndində ümumi sahəsi 120 m² olan kürsülü, bir mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS