SİZİN REKLAM BURADA!
055 213 76 73


Şamaxıda turistləri daşıyan avtobusun qəzaya düşməsi ilə bağlı yeni dettalar üzə çıxıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə baş verməzdən əvvəl avtobusda nasazlıq yaranıb və sürücü onu 30 dəqiqə ərzində təmir etməyə çalışıb.

Xəsarət alan turistlərdən Rəna Vəfadarlı BAKU.WS-ə bildirib ki, sürücü xoşbəxtlikdən avtobusu sol tərəfə döndərə bilib, əks təqdirdə onlar dərəyə yuvarlana bilərdilər:

"Biz Qəbələ-Oğuz turu ilə hərəkət edən avtobusda olarkən nasazlıq yaranmışdı. Belə başa düşdük ki, problem avtobusun əylənc sistemində idi. Avtobus yolda olarkən dayandırıldı və 30 dəqiqə ərzində onu təmir etməyə çalışdılar.

Daha sonra hərəkət edərkən əylənc tutmadı və sürücü avtobusu dayandıra bilmirdi. Avtobusu son anda dərəyə düşməkdən saxlaya bildi. Hadisə zamanı avtobusda olan orta yaşlı qadın ağır yaralandı. O, özünü avtobusdan kənara atarkən xəsarət aldı. Daha sonra qadın Şamaxıdakı xəstəxanaya aparıldı. Qadın xəsarət alarkən ona turistlərin içində həkim olan şəxs ilkin tibbi yardımı göstərmişdi".

***14:33

Şamaxıda turistləri daşıyan avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə zamanı yaralanan şəxslər Bakı sakinləri 50 yaşlı Əmirova Gülayə Qaçay qızı və 15 yaşlı Rəhmanova Sürəyya Elton qızıdır.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***14:21

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb, qadın və azyaşlı xəsarət alıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.

Faktla bağlı araşdırma aparılır.

***12:59

Şamaxı rayonunda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

BAKU.WS unikal-a istinadən xəbər verir ki, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunublar.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO