SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən oğlu ilə nəvəsi avtomobil qəzasına düşən şair Cığatel İsaqızı yaşadığı faciədən sonra ilk dəfə açıqlama verib.

BAKU.WS xəbər verir ki, bu barədə BAKU.TV-yə danışan şairə oğlu Ayazın övladlarını gəzməyə apardığını lakin yolda ağır avtomobil qəzası keçirdiyini bildirib:

“Oğlum Ayaz övladı, 10 yaşlı övladı Qasımov Süleymanın vəfatından xəbərsizdir. Özü hələ komadadadır. Biz hadisənin təfərüratını bilmirik. Sadəcə xəstəxanadan zəng vurdular. Bizə qəza olduğunu dedilər. Mən soruşdum ki, Süleyman necədir. Hamı bu suala cavab erməkdən qaçdı. Nəvəm Cığatel dedi ki, atamın səsini eşitdim. Amma Süleymandan xəbər yoxdur. Nəvəm yerindəcə keçinib”.

Qeyd edək ki, ötən gün Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki,  “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.

Qəzaya düşən Qasımov Ayaz Camal oğlu şairə Cığatel İsaqıznın oğlu, Qasımov Süleyman və Qasımova Cığatel isə onun oğul nəvələridir.

BAKU.WS
VİDEO