SİZİN REKLAM BURADA!
055 213 76 73


Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Lənkəran çimərliklərindən birində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1968-ci il təvəllüdlü Y. Zamanov dənizdə çimən zaman boyun fəqərəsindən ağır xəsarət alıb.

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan sonra paytaxt xəstəxanalarından birinə köçürülüb.

Onun boyun fəqərəsində sınıq olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS