SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonu, Sibiroba kəndində açıq ərazidə yanğın baş verib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə massivinə yaxın ərazidə məişət tullantıları, qamışlıq və kol-kosun yandığı, alovun meşə ərazisinə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

FHN qüvvələrinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənərək meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 500 kv.m sahədə məişət tullantıları, üç hektar sahədə kol-kos və yeddi hektar sahədə qamışlıq yanıb, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub.

BAKU.WS
VİDEO