SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənin şəxsiyyəti məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində ölən şəxsin 1989-cü il təvəllüdlü Emil Abdullayev olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

*** 09:00

Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

"Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS