SİZİN REKLAM BURADA!
055 213 76 73


Balakəndə ikisi yeniyetmə olmaqla üç nəfər qidadan zəhərlənib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, günorta saatlarında rayonun Hənifə kənd sakini, 2005-ci il təvəllüdlü Məhluqə İsmət qızı Moquşova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.

Müayinə zamanı M.Moquşuvanın balıq yedikdən sonra zəhərləndiyi məlum olub.

Həmçinin Xalatala kənd sakinləri, 2008-ci il təvəllüdlü Elnurə Elnur qızı Yekayeva və 2009-cu il təvəllüdlü Bənövşə Elxan qızı Nurtalayeva da zəhərlənmə əlamətləri ilə Balakən RMX-a müraciət ediblər.

Yeniyetmə qızların tort yedikdən sonra zəhərləndikləri məlum olub.

Hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib.

Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.

BAKU.WS