SİZİN REKLAM BURADA!
055 213 76 73


TƏBİB Şəkidə baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, 20.10.2022-ci il tarixində saat 21:30 radələrində 7 nəfər “Mədə bağırsaq pozğunluğuna şübhə” diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:

"Vətəndaşlara ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".

*** 09:16

Şəkidə keçirilən toy məclisində qidadan zəhərlənmə baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün Baş Göynük kənd ərazisində keçirilən toy məclisində baş verib.
Rayonun Baş Göynük kənd sakinləri - 1961-ci il təvəllüdlü Səyarə İbrahim qızı Aslanova, 1953-cü il təvəllüdlü Rəcəb Şərif oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Bahar Musa qızı Cəfərova, 1962-ci il təvəllüdlü Sürayə Həsən qızı Cəfərova, 1975-ci il təvəllüdlü Vüsalə Sabir qızı Aslanova, 1958-ci il təvəllüdlü Hidayət Həsən oğlu Aydəmirov və 1958-ci il təvəllüdlü Əsgər Qara oğlu Əsgərov qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib, onlardan müvafiq nümunələr götürülüb. Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşən Baş Göynük kənd sakinləri ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS