SİZİN REKLAM BURADA!
055 213 76 73


Şabran rayonu, Ağalıq kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Anar Rafiq oğlu Şirinov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

BAKU.WS
VİDEO