SİZİN REKLAM BURADA!
055 213 76 73


Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyi (DİN) narkotiklə bağlı birgə əməliyyat keçirib.

BAKU.WS xəbər verir ki, birgə əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS