SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabubçu rayonunda intihara cəhd hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Əmir Bağırov küçəsi 4 ünvanında qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Alcanov Xamis Rəfael oğlu yaşadığı evdə özünü asıb.

Hadisədən xəbər tutan qohumları dərhal evə gələrək onu xilas edib və xəstəxanaya çatdırıb.

O, xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

BAKU.WS