SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində, körpünün altında qeydə alınıb.

Belə ki, “Mercedes”, “Shacman” və “Chevrolet” markalı avtomobillərin iştirakı ilə qeydə alınan qəza səbəbindən ötən gecə sözügedən istiqamətdə nəqliyyatın hərəkətində güclü tıxac müşahidə edilib. Qəza nəticəsində ölən və yaralananların olub-olmadığı ilə bağlı məlumat yoxdur.

Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə bir neçə gün öncə baş verib:

“Hadisə zamanı ölən və yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır”.

BAKU.WS
VİDEO