SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtər sakini bıçaqlanıb, həmkəndlisi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 27-də saat 13 radələrində Tərtər rayonunun Səhləbad kəndində kənd sakini S.Camalov münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə əməli törətməkdə şübhəli bilinən S.Camalov saxlanılıb. S.Camalovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS