SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Kəmalə Qaramollayevanın başına iş gəlib. 

BAKU.WS xəbər verir ki, sənətçi oğlu ilə şəhərdə gəzərkən sahibsiz qalan bir it onlara hücum edib. Bu zaman Kəmalənin iti Sisi özünü qabağa verərək sahiblərinin həyatını xilas edib.

Kəmalə bu barədə qonaq olduğu "Elgizlə izlə" verilişində danışıb.

O, hadisənin xəsarətsiz ötüşmədiyini vurğulayıb. Belə ki, ifaçının iti ağır yaralanıb. Küçədəki it Sisinin quyruğundan dişləyib.

Hadisədən panikaya düşən Kəmalə sonra həmin itin sahibini axtarıb, amma tapmayıb. Sənətçi baş verənlərlə bağlı polisə müraciət edərək həmin itin sahibindən şikayətçi olub. 

Xatırladaq ki, Kəmalə iti Sisi ilə ilk dəfə Xəzər TV-də yayımlanan "Evdəkilərə Salam" proqramına qonaq olmuşdu. 

Ətraflı vieoda:

BAKU.WS
VİDEO