SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda təmir sexində yanğın baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus "Mercedes-Benz" markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib.

Nəticədə Kamal Vəliyev, onun övladı, 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS