SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Münaqişə qonşular arasında baş verib.

B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Bayram Oruc oğlu Bayramovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov polis əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.

Araşdırma aparılır.

BAKU.WS