SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonunun Kələğaylı kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, taxıl sahəsində baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək yaxınlıqdakı digər əkin sahələrinə keçməsi ehtimalı yüksəkdir.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri ve təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək, genişlənərək digər taxıl sahələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində təxminən 4,5 ha biçilməmiş, 1 ha biçilmiş taxıl sahəsi və 400m² sahədə kol-kos yanıb, 4 ədəd elektrik dirəyi isə qismən yanıb. Ətrafdakı taxıl sahələri və hava elektrik xətləri yanğından mühafizə olunub.

BAKU.WS
VİDEO

QALEREYA