SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 6-da Yevlax rayon sakini V.Nemətova (şərti) polisə müraciət edərək cinsi təcavüzlə üzləşdiyini bildirib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü qadın mayın 24-də saat 15 radələrində Bakıda yerləşən ofislərdən birində bir kişinin onu zorlamağa cəhd göstərdiyini bildirib.

İlkin araşdırmalarla qadının şikayətçi olduğu şəxsin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü C.H. olması müəyyən edilib.

Müraciətlə bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS