SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib: “Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir".

"Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”, - DİN rəsmisi vurğulayıb.

***15:09

Bakıda aptekdən oğurluq olub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Bir nəfər aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub.

O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.

BAKU.WS