SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtomobil təmiri sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsi 15 ünvanında avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 250 m² olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən (ev, kafe və avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və obyektin içərisində təmirə dayanmış “VАЗ” markalı, minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan sexin qarşısında təmirə dayanmış "Mersedes" və “Honda” markalı minik avtomobillərinin qismən ön hissəsi və "Hyundai" markalı minik avtomobilinin isə qismən arxa hissəsi yanıb. Yanğın FHN-in yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb.

Obyektin və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.

***09:27

Bakıda yanğın olub.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Hadisə Xətai rayonu, metronun Həzi Aslanov stansiyası yaxınlığında qeydə alınıb.

Yanğının səbəbi bilinmir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib.

Görüntüləri təqdim edirik:

Natavan Sahibqızı
BAKU.WS
VİDEO