SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtərdə məktəblilərin evlənmək məqsədilə qoşulub qaçması araşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, hadisə barədə məlumatlıdırlar.

"Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır", - deyə o, qeyd edib.

***12:08

Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə kənd məktəblərin birində qeydə alınıb.

Belə ki, 10-cu sinif şağirdi oğlan 9-cu sinif şagirdi qızı evlənmək üçün qaçırıb.

Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.

Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazıda faktla bağlı araşdırma aparılır:

"Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedi".

BAKU.WS