SİZİN REKLAM BURADA!
055 213 76 73


Biləsuvarda baş verən partlayış hadisənin təfərrüatı məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Nazilə Məmmədovaya məxsus şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli, bina 6, mənzil 15 ünvanında qeydə alınıb.

Belə ki, partlayış orda kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-ci il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.

Hadisədən sonra mənzil tamamilə dağılıb. 

Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.

Hazırda ananın axtarışları davam etdirilir.

**21:20

Biləsuvardakı yaşayış binasında partlayışa səbəb, ilkin ehtimala görə, qaz sızması olub.

Bu barədə Biləsuvar rayon prokurorluğundan bildirilib.

Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.

Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur.

*** 21:10

Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun övladı olması məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, həmin şəxslər G. Əliyeva və onun oğlu Y. Əliyevdir.

Onlar ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

***20:54

Biləsuvarda hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

***

Biləsuvarda partlayış baş verən binada xilasetmə işləri aparılır.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində olub.

Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər yaralı xəstəxanaya aparılıb.

***20:00

Biləsuvarda yaşayış binasında partlayış olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

BAKU.WS
VİDEO

VİDEO

QALEREYA