SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdaşın Ləki qəsəbəsində ağırtonnajlı yük maşınında (TIR) yanğın olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanğın maşında olan kömürdə tüstüləmə nəticəsində yaranıb.

Qısa zamanda müdaxilə olunaraq söndürülüb. Maşına ciddi ziyan dəyməyib.

İlkin ehtimala görə, yanğın maşında qızışma nəticəsində kömürün alışması ilə baş verib.

BAKU.WS